A

UNEC-in Maliyyə və Mühasibat fakültəsinin tələbələri ilə Təhsil Tələbə Krediti Fondunun (TTKF) Təhsil müəssisələri ilə iş şöbəsinin aparıcı mütəxəssisi Ağca Məmmədovanın görüşü keçirilib.

Görüşdə fakültə dekanı dosent Hafis Hacıyev TTKF-in tələbələr üçün yaratdığı imkanlardan bəhs edib və fəaliyyətinin əsas məqsədinin təhsilə əlçatanlığı təmin etmək, təhsilin əhatə dairəsini genişləndirmək və keyfiyyətini yüksəltməkdən ibarət olduğunu vurğulayıb.

Fondun əməkdaşı Ağca Məmmədova isə geniş təqdimatla çıxış edərək, tələbələri fondun yaradılması, fəaliyyəti, fond tərəfindən bu günədək görülən işlər, fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları, kreditin məbləği və qaytarılması müddəti, nəzərdə tutulan güzəştlər və s. barədə ətraflı məlumatlandırıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay