A

UNEC-in "Karyera planlaşdırılması və inkişafı" kafedrasının təşkilatçılığı ilə tələbələr üçün “Müsahibə bacarıqları” mövzusunda növbəti seminar keçirilib.

Seminarın əsas məqsədi tələbələrin əmək bazarına hazırlığını artırmaq və onların müsahibə prosesində uğur qazanması üçün zəruri bilik və bacarıqları inkişaf etdirmək olub.

Tədbirdə kafedranın müəllimi Kamran Qasımov çıxış edərək mövzunun aktuallığı və müasir əmək bazarında müsahibə bacarıqlarına olan tələbat barədə danışıb. O, peşəkar karyeraya keçid mərhələsində düzgün müsahibə texnikalarına yiyələnməyin hər bir gənc mütəxəssis üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Seminarın praktik hissəsində “Azercell” şirkətinin İstedadların idarə edilməsi şöbəsinin əməkdaşı Günel Məcidova çıxış edib. O, CV-nin müsahibədə rolu, işəgötürənlərin namizədlərdə axtardığı əsas kompetensiyalar və effektiv sual-cavab metodları barədə iştirakçılarla praktiki bilik və təcrübələrini bölüşüb.

İnteraktiv formatda keçirilən seminar tələbələrin böyük marağına səbəb olub və sonda sual-cavab sessiyası ilə yekunlaşıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay