A

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin II kurs tələbəsi Ramazan Məmmədov ali təhsil müəssisələri arasında keçirilən Respublika çempionatının qalibi olub.

UNEC tələbəsi 81 kq çəki dərəcəsi üzrə cüdo yarışında qalib gələrək, I yeri qazanıb.

Qeyd edək ki, Respublika çempionatı Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqı İdman Təşkilatları Assosiasiyasının təşəbbüsü və "Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə keçirilib.

TOP XƏBƏRLƏR