A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində tələbələrin “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşü təşkil olunub.

 Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev  tələbələrə uğurlu karyeraya gedən yolda biliklə yanaşı, yumşaq bacarıqlara sahib olmağın əhəmiyyətindən danışıb. Bu istiqamətdə uğurlu gənclərlə görüşlərin keçirilməsinin tələbələr üçün faydalı olacağını bildirib. 

“Yüksəliş” müsabiqəsinin qalibləri, Mərkəzi Bankınn işçi kapitalının inkişafı üzrə aparıcı mütəxəssisi İlahə Baxışova və “Paşa Həyat Sığorta” ASC-nin Baş mühasibi-Mühasibatlıq şöbəsinin müdiri Toğrul İslam uğurlu karyera qurmaq istiqamətində öz təcrübələrini bölüşüblər. Tələbələrə şəxsi keyfiyyətlərin dəyərləndirilməsi, əmək bazarında iş imkanlarının araşdırılması yolları, ilk iş təcrübəsinin əldə olunması və  düzgün qərarvermə barədə maraqlı məlumat veriblər.

Görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay