UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsi, Rus İqtisad Məktəbi və Türk Dünyası İqtisad fakültəsinin müəllim, tələbə və inzibati heyətinin iştirakı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icbari tibbi sığortanın təbliği istiqamətində maarifləndirici təlim keçirilib.
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Sevil Əliyev təqdimatla çıxış edib. O, təqdimatında icbari tibbi sığorta haqları, istifadə üçün tələb olunan sənədlər, xidmətlər zərfinə daxil olan tibbi xidmətlər, elektron axtarış sistemi, dövlət və özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası və s. barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Təqdimatdan sonra iştirakçıların çoxsaylı sualları cavablandırılıb.