UNEC Rus İqtisad Məktəbi (RİM) ilə Rusiya Federasiyasının Voronej Dövlət Universitetinin (VDU) nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə UNEC Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentiinin (ÜFTTD) direktoru Gülnarə Rzayeva, Xarici Dillər Departamentinin direktoru Aysel Xəlilova və Voronej Dövlət Universitetinin (VDU) əməkdaşları iştirak ediblər. Danışıqlar əsasında universitetlər arası elmi, pedaqoji əməkdaşlıq məsələləri, müəllim və tələbə mübadiləsi eləcə də, VDU-da azərbaycan dilini ikinci xarici dil kimi tədrisə salınması planlaşdırılıb.
Sonda qonaqlar RİM tələbələri ilə qarşılıqlı fikir mübadiləsi aparıb.