A

Tələbə Elmi Cəmiyyəti İqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə "Progress Service Center"in və "No Limits Group"un Təlim və İnkişaf departamentinin rəhbəri Orxan Mahmudov tərəfindən "Uğurlu CV-lər və müsahibələr" adlı təlim keçirilmişdir.

Tələbələr təlimdə uğurlu CV-lərin yazılması haqqında məlumatlar əldə etmiş, müsahibələr zamanı diqqət yetirilməli məqamlarla ətraflı şəkildə tanış olmuş, işə qəbulun əsas sirrlərinə yiyələnmişdirlər. Eyni zamanda tələbələrlə təlimin mövzusuna uyğun oyunlar da təşkil olunmuşdur. 

Təlimdə iştirak edən bütün tələbələr sertifikatla təltif olunmuşdurlar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay