UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) və BMDM fakültəsinin tələbələrindən ibarət komanda CFA Institute Research Challenge 2025 beynəlxalq müsabiqəsinin Local Final mərhələsinə vəsiqə qazanıb.
CFA Institute Research Challenge tələbələrin real şirkət üzərində maliyyə təhlili aparması, qiymətləndirmə və investisiya tövsiyələrinin hazırlanması, həmçinin peşəkar təqdimat bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş nüfuzlu beynəlxalq müsabiqədir. Dünyanın minlərlə universitetinin iştirak etdiyi bu layihə maliyyə və investisiya sahəsində gələcək mütəxəssislərin yetişdirilməsində mühüm rol oynayır.
Müsabiqənin ilkin mərhələsində dünyanın 31 universitetindən 43 komanda mübarizə aparıb. Gərgin və rəqabətli seçim mərhələsinin nəticələrinə əsasən yalnız 5 komanda növbəti mərhələyə yüksəlmək hüququ əldə edib.
UNEC-i təmsil edən komanda 13 fevral 2026-cı il tarixində İstanbul şəhərində keçirilməsi planlaşdırılan Local Final mərhələsində iştirak edərək universitetimizi beynəlxalq arenada təmsil edəcək.
Tələbələrimizə uğurlar arzulayırıq!