A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi, Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Antalya Azərbaycan Mədəniyyəti və Həmrəylik təşkilatı ilə birgə şəhidlərə həsr edilən "UNEC qəhrəmanları" adlı tədbir keçirilib.

Tədbirin açılışında II Vətən Müharibəsinin qazisi, baş leytenant Pərvin Abdullayev keçdiyi döyüş yolundan danışıb.

Sonra şəhid ailələrinin ailə üzvləri çıxış edərək, Vətən uğrunda canlarından keçən qəhrəmanlarımız barədə xatirələrini bölüşüblər.

Görüşdə yazıçı Nəcibə İlkin şəhidlər haqqında müəllifi olduğu şeirləri səsləndirib, UNEC şəhidlərindən bəhs edən kitab yazacağını diqqətə çatdırıb. Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin informasiya-resurs şöbəsinin müdiri Nilufər Abdulovanın rəhbərliyi ilə təşkil olunan bədii hissədə isə şəhidlərlə bağlı şeir söylənilib.

Tədbirdə iştirak edən İstiqlal Müzeyinin əməkdaşı muzeydə şəhidlərə həsr olunan guşənin yaradılacağını bildirib.

Türk Dünyası İqtisad fakültəsinin dekan müavini Cəvahir Məmmədova universitetin şəhid olmuş məzunları ilə bağlı fikirlərini bölüşüb. Sonra Antalya Azərbaycan Mədəniyyəti və Həmrəylik təşkilatının rəhbəri Ceyran Səttarova Vətən müharibəsinin iştirakçılarına və şəhidlərə həsr olunan tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, bu tədbirlərin davamlı olmasının, qəhrəmanlarımızın unudulmaması və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından vacibliyini vurğulayıb.

Sonda UNEC DQƏTM THİK sədri, ehtiyatda olan hərbiçi Günay Ağazadə şəhidlik zirvəsinin ucalığından danışıb, qəhrəmanlarımızın həyat yolunun hər bir gənc üçün örnək olduğunu deyib.

TOP XƏBƏRLƏR