A

UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə iş adamı Səbuhi Abdurrhamanov ilə "Beynəlxalq ticarət və logistika" ixtisasında təhsil alan tələbələrin online görüşü keçirilib.

Görüş zamanı S.Abdurrahmanov logistika sahəsində müasir tələblər, kadr potensialı, yeni iş imkanları, karyera fəaliyyətləri barədə məlumatlar verib. Logistika ixtisasına tələbin günbəgün artdığını bildirən məruzəçi tələbələrin təhsil müddətində dəyərləndirməli olduğu fürsətləri və inkişaf etdirməli olduqları bacarıqları da açıqlayıb.

Tələbələri maraqlandıran suallar məruzəçi tərəfindən real keyslərlə cavablandırlıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay