A

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən, Vətən müharibəsində şəhid olan övladlarımızı tanımaq və tanıtmaq məqsədi ilə “Şəhidlər ölməz - Vətən bölünməz!” adlı tədbir keçirilib.

Tədbir Vətən müharibəsində şəhid olan məzunumuz Fərhad Fərhadlının və tələbəmiz Pəri Nudirəliyevanın atası, şəhid polkovnik Zaur Nudirəliyevin xatirəsinə həsr olunub.

İdeoloji Mərkəzin zabit və müəllim heyətinin, şəhidlərin ailə üzvlərinin, döyüşçü yoldaşlarının, dostlarının və digər qonaqların iştirak etdiyi anım mərasimində əvvəlcə Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Daha sonra şəhid məzunların ömür və döyüş yollarından bəhs edən videoçarxlar nümayiş olunub.

Mərasimdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatlarından, Zaur və Fərhadın gələcək nəsillərə örnək olan qısa, lakin şərəfli ömür və döyüş yollarından danışaraq, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüyən bu gənclərin adlarının hər zaman uca tutulacağını və xatirələrinin daim qəlblərdə yaşayacağını vurğulayıblar.

Anım mərasimində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərlik və qəhrəmanlığı tərənnüm edən mahnı və marşlar ifa olunub.

Tədbirin sonunda Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Günay Ağazadə şəhidlərin ailə üzvlərinə Fəxri Fərman təqdim edərək, şəhidlərimizlə qürur duyduğunu bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay