A

UNEC İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə Türk Dünyası İqtisad  Fakültəsində (TUDİFAK) psixoloqlarla görüşlər olur.

Görüşdə iştirak edən qonaqlar “Stresi yaradan səbəblər və onun tələbələrin həyatına təsiri”, "İmtahan öncəsi stres" mövzuları ilə çıxışlar ediblər.  

Tədbirin qonaqları “PsixoSən” onlayn psixoloq və özünü inkişaf şirkətinin təsisçisi və direktoru İntiqam Məmmədov, şirkətin təsisçisi Kənan Zərbiyev, şirkətin karyera planlaması üzrə eksperti Zəhra Sevda Aydın olub.

Tədbirin qonaqları özünü inkişaf, təhsil və karyera istiqamətində doğru təhlillər apararaq, uğurlu gələcək inşa etməyin yollarından danışmış, əsasən imtahanlardan əvvəl stresin idarə edilməsi istiqamətində psixoloji vəziyyətin və dəstəyin alınmasının vacib olduğunu vurğulamışlar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay