A

İyunun 8-də Yaşıl İqlim Fondunun dəstəyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı ilə "Baku Marriot Boulevard" otelində "Dünya Ətraf Mühit Günü"-nə həsr olunmuş "Yalnız bir planet" adlı intellektual yarış keçirilib.

Yarış bir çox universitetlərin tələbələri və digər təşkilatların gənclərindən təşkil olunmuş komandalar arasında baş tutub.

 Ümumilikdə 18 komanda iştirak edən yarışda UNEC komandası 5-ci yeri tutub. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Yarışda iştirak edən UNEC komandası

  1. Ağazadə Günay Fuad - UNEC THİK sədr müavini – (məsul şəxs)
  2. Əlifov Mirkamil Mikayıl – “Maliyyə və mühasibat” fakultəsi (kapitan)
  3. Həsənova Leyla Cabir -  “Maliyyə və mühasibat” fakultəsi (iştirakçı)
  4. Quluzadə Əliyavər Ceyhun – “İqtisadiyyat” fakultəsi (iştirakçı)
  5. Həsənli Jalə Vaqif -  “İqtisadiyyat” fakultəsi (iştirakçı)
  6. İsmayılova Mənzər Vaqif  - “İqtisadiyyat” fakultəsi (iştirakçı)

Tələbələri təbrik edir, növbəti yarışlarda uğurlar arzu edirik!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay