A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbi, Maliyyə və mühasibat, İqtisadiyyat və idarəetmə fakültələrinin fəal tələbələri 8 Noyabr - Zəfər Günü ərəfəsində Hərbi Qənimətlər Parkına səfər ediblər.

Səfər çərçivəsində 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı qələbə barədə tələbələrə məlumat verilib. Tələbələr burada Vətən müharibəsində düşməndən qənimət götürülən hərbi texnika və sursatlarla, müzəffər ordumuz tərəfindən darmadağın edilən keçilməz istehkamların maketləri ilə, eləcə də müxtəlif mövzularda təşkil olunan sərgi və guşələrlə yaxından tanış olublar.

Sonda tələbələrin təəssüratları dinlənilib, onlarla xatirə şəkili çəkdirilib.

 

TOP XƏBƏRLƏR