A

Tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev şura üzvlərini gündəlikdə olan məsələlərlə tanış etdikdən sonra məruzələr dinlənilib.

Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin Tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdiri, dos. Sevda Sərdarova “Tədris materiallarının hazırlanması qaydaları” haqqında ətraflı məlumat verərək, sillabus, mühazirə mətni, təqdimat və testlərin tərtib olunma qaydalarını, onların xüsusiyyətlərini geniş şəkildə təqdim etdi.

Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin direktoru, dos. Raqif Qasımov “Distant dərslərdə tədris metodologiyası”ndan söz açdı. O, distant təhsil formasının əyani təhsildən fundamental fərqləri, metodikası, bu tədris formasına uyğun tədris materiallarının hazırlanması, biliyin qiymətləndirilməsi və müəllimlərə olan tələblər barədə ətraflı məlumat verdi.

İclasın sonunda elmi katib dos. Elçin Səmədov nəşr hüququ almaq üçün Tədris-metodiki Şuraya təqdim olunan vəsaitləri səsləndirildi və onların baxılma məqsədi ilə şuranın bölmələrinə göndərilməsi qərara alındı.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay