A

UNEC-də yeni tədris olunan ixtisaslar üzrə Türkiyənin, Almaniyanın və İsveçrənin aparıcı universitetlərinin alimləri tərəfindən həmin fənlərin tədrisində istifadə olunan, müasir tələblərə cavab verən sillabuslar, dərslklər, təqdimatlar  əsasında təlimlər  keçirilir.

Tədrisin keyfiyyətinə nəzarət şöbəsinin təşkilatçılığı ilə keçirilən təlimlər Türkiyənin İstnye Universitetindən Prof. Dr. İlhan Tomanbay, Doç.Dr. Emel Yurtsever, Doç.Dr. Gülcan Urhan, İstanbul Universitetindən Doç.Dr. Taner Artan tərəfindən “Sosial iş” ixtisasının “Sosial iş ixtisasına giriş”, “Sosial işin nəzəriyyəsi və təcrübəsi”,”Sosial iş təcrübəsində etik prinsiplər”, ”Sosial işdə idarəetmə” fənləri üzrə xüsusi hazırlanmış proqram üzrə  aparılır.

14-15 yanvar tarixlərində təlimə qonaq qismində qatılan Almaniyanın Fachhochschule Des Mittelstandes Universitetinin professoru Dr.Feyzullah Gokdemir digər təlimçilərlə birlikdə “Sosial iş” ixtisasının özəllikləri, karyera imkanları barədə beynəlxalq təcrübəni paylaşıb. O, Türkiyə ilə yanaşı, Almaniyada həmin  fənlərin tədrisində  vacib olan məqamları iştirakçılarla bölüşüb.

Təlimdə UNEC-in professor-müəllim heyəti ilə birlikdə müzakirələr  də aparılıb.

Xatırladaq ki, UNEC-ə “Sosial iş” ixtisası üzrə bakalavr qəbulu 2020/2021-ci tədris ilindən aparılır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay