×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder e4007fced64050105533db625a516a03-cache-page-3ea146a299880a610f0521ba36d52808.php silmək alınmadı


A

UNEC rektoru, professor Ədalət Muradov tələbə rektor, tələbə təşkilatlarına yeni seçilmiş, eləcə də fəaliyyəti başa çatmış sədrlərlə görüşüb.

Görüş zamanı professor Ədalət Muradov tələbələrin universitetin idarəetmə prosesində oynadığı önəmli roldan danışıb. O, “UNEC 100 İnkişaf Strategiyası”nın əsas hədəflərindən birinin tələbə təşkilatlarının fəaliyyətinin gücləndirilməsi və sayının artırılması olduğunu qeyd edib.

Rektor bildirib ki, hazırda UNEC-də müxtəlif istiqamətlər üzrə 20 tələbə təşkilatı fəaliyyət göstərir və bu təşkilatlar tələbələrin idarəetmə, komanda işi, təşkilatlanma və liderlik bacarıqlarının formalaşmasında mühüm rol oynayır. O, vurğulayıb ki, tələbə təşkilatlarının əsas missiyasından biri də universitet rəhbərliyinin qəbul etdiyi qərarlar və həyata keçirilən islahatlar barədə tələbə cəmiyyətinə düzgün və operativ məlumatların çatdırılmasıdır: “Bu, tələbələrin aparılan dəyişikliklərdən xəbərdar olması, eləcə də rəhbərliyin verdiyi qərarlarla bağlı tələbələrin fikirlərinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır. Qarşılıqlı əlaqə universitetdə idarəetmə prosesinin daha şəffaf və effektiv olmasında çox önəmlidir”, - deyə rektor bildirib.

Rektor görüş zamanı universitetin dəyərlərini də tələbələrin diqqətinə çatdırıb, onlara vətənpərvər, fəal və məsuliyyətli vətəndaşlar olmağı tövsiyə edib.

Sonda professor Ədalət Muradov fəaliyyəti başa çatan sədrlərə universitet həyatına verdikləri töhfələrə görə təşəkkür edib, onlara təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Yeni seçilmiş sədrləri isə seçkilərdə qazandıqları qələbə münasibətilə təbrik edərək, onları qarşıdakı dövrdə aktiv və təşəbbüskar olmağa çağırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay