A

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Baş Katibi xanım Nqozi Okonyo-İvealanı UNEC-də olub.

UNEC-in rektoru professor Ədalət Muradov, universitetin professor-müəllim heyəti ilə keçirilən görüşdə ÜTT-nin Baş katibi ilə yanaşı, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və ÜTT Katibliyinin Azərbaycan üzrə İşçi Qrupunun sədri, Türkiyənin ÜTT yanında daimi nümayəndəsi, səfir Alparslan Acarsoy da iştirak ediblər.

Rektor prof. Ədalət Muradov ÜTT-nin Baş Katibinin UNEC-ə səfərindən qürur duyduğunu bildirərək, bu görüşün və aparılacaq müzakirələrin universitet üçün əhəmiyyətini vurğulayıb.

Baş Katib xanım Nqozi Okonyo Azərbaycanın ÜTT-yə üzvlüyü, üzvolma prosesinin sürətləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər, ticarət məhdudiyyətlərinin aradan qaldırılması, ticarət vergilərinin azadılması, daxili ticarətin dayanıqlılığının təmin edilməsi, Özbəkistanın bu istiqamətində təcrübəsi ilə bağlı fikirlərini bölüşüb.

Çıxışlardan sonra iştirakçıların çoxsaylı sualları xanım Nqozi Okonyo-İvealanı, nazir müavini Səməd Bəşirli, ÜTT Katibliyinin Azərbaycan üzrə İşçi Qrupun sədri, səfir Alparslan Acarsoy tərəfindən cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay