A

UNEC Rus İqtisad Məktəbinin rəhbərliyi və kollektivi Lənkəran Dövlət Universitetində işgüzar səfərdə olub.

Səfər çərçivəsində  Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov UNEC-in nümayəndə heyəti ilə görüşərək, iki universitet arasında yeni əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparıb.

Görüşdən sonra nümayəndə heyəti LDU-da keçirilən “COP-29: İqlim dəyişikliyi və regional iqtisadiyyata yeni iqtisadi yanaşma” mövzusunda dəyirmi masada iştirak ediblər. Dəyirmi masanı LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, dos. Elvin Əliyev açaraq, COP-29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb.

Tədbirdə əsas məruzəçi kimi çıxış edən UNEC Rus İqtisad Məktəbinin direktoru, UNEC Koqnitiv iqtisadiyyat mərkəzinin rəhbəri dos. Mənsur Bərxudarov iqlim dəyişikliyinin regional iqtisadiyyata neqativ təsirinin ümumi təsvirini verərək, problemin həlli istiqamətində innovativ-klaster yanaşmasının mahiyyətini açıqlayıb.

Sonra LDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos. Gülbəniz Əliyeva, “Coğrafiya və onun tədrisi metodikası” kafedrasının müdiri dos. Sənan Əzizov, kafedranın baş müəllimi Cavidan Əliyev, “Biologiya və ekologiya” kafedrasının dosenti Qorxmaz Ağayev məruzəçi qismində çıxış ediblər.

Mövzu ilə bağlı müzakirələrdə UNEC RİM-in direktor müavini dos. Leyla Hacıyeva, “Tətbiqi iqtisadiyyat” kafedrasının müdiri dos. Sevinc Abbasova, kafedranın baş müəllimi Tahirə Kərimova iştirak ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay