A

UNEC-in rektoru, professor Ədalət Muradov sosial media hesabında təhsildə süni intellektin (Sİ) rolu ilə bağlı fikirlərini bölüşüb. Rektor qeyd edib ki, Sİ təhsil prosesində mühüm imkanlar yaratsa da, müəllimləri əvəz etmək mümkün deyil:

“Süni İntellekt (Sİ) və təhsildə müəllimin rolu

(Düşündüklərimiz, oxuduqlarımız, eşitdiklərimiz, gördüklərimiz) - #2

Əvvəlcədən qeyd edək ki, Sİ təhsildə nə qədər böyük rol oynasa da, müəllimləri heç vaxt əvəz edə bilməyəcək. Əksinə, müəllimlərin rolu daha da önəmli olacaq. Onlar artıq yalnız bilik verən deyil, həm də təhsilalanları Sİ vasitəsilə mövcud informasiya dünyasında istiqamətləndirən bələdçilərə çevriləcəklər. Müəllimlər tənqidi düşüncə, emosional zəka və sosial bacarıqların inkişafına fokuslanacaqlar. Təhsilalanlarla müəllimlər arasındakı əlaqə əsas olaraq qalacaq, Sİ isə sadəcə bu əlaqəni gücləndirən bir vasitə rolunu oynayacaq. Bu baxımdan həlledici məqam həm də Sİ-n təhsil və təlimin hansı mərhələsində tətbiq edilməsidir. Mütəxəssislərin böyük əksəriyyətinin fikrimizcə, haqlı fikirlərinə görə Sİ-in  auditoriyada dərslərə deyil, dərsdən sonrakı hazırlıq mərhələsinə tətbiq edilməsi daha doğru və daha faydalıdır!

Nəticə etibarilə, gələcəyin təhsili şübhəsiz ki, Sİ gücündən istifadə edəcək, lakin hər bir təhsilalanın ehtiyac və potensialını ön planda tutacaq. Texnologiya ilə insan münasibətlərinin düzgün balansı qurulduqda, bizi fərdiləşdirilmiş, keyfiyyətli, əlçatan və istədiyimiz təhsil gözləyir!”

TOP XƏBƏRLƏR