A

UNEC-in Biznes və menecment fakültəsində abituriyentlər üçün Açıq qapı günü keçirilib.

Tədbirdə Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun aparıcı məktəblərinin abituriyentləri iştirak ediblər.

Görüş zamanı fakültə dekanı dos. Mirağa Əhmədov abituriyentlərə UNEC-in təhsil imkanları, qəbul və imtahan prosesi, xarici universitetlərlə ikili diplom proqramları, UDİD, xüsusi təqaüdlər, tələbələrin sosial həyatı və elektron kitabxana barədə ətraflı məlumat verib. Fakültə dekan müavini dos. Nigar Hüseynova isə tələbə təşkilatlarının fəaliyyəti haqqında danışıb və iştirakçıların suallarını cavablandırıb.

Sonra fakültə üzrə Tələbə Həmkarlar İttifaqı Təşkilatının sədri Aqşin Quluzadə abiturientləri tədris binası ilə tanış edib.

TOP XƏBƏRLƏR