UNEC Dizayn Məktəbində 20 Yanvar faciəsinin otuz altıncı ildönümünə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi keçirilib.
Sərgidə Dizayn Məktəbinin tələbələri tərəfindən hazırlanan və 20 Yanvar faciəsinin tarixi, faciəvi və eyni zamanda qəhrəmanlıq ruhunu əks etdirən rəsm əsərləri nümayiş olunub. Tələbələrin yaradıcılıq işlərində xalqımızın azadlıq uğrunda mübarizəsi, şəhidlərin xatirəsi və milli birlik ideyası bədii ifadə vasitələri ilə təqdim edilib.