YAP Səbail rayon təşkilatının İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatı və UNEC-in Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü idönümü münasibətilə “Ulu Öndər Heydər Əliyev – müasir Azərbaycan dövlətinin banisi” mövzusunda tədbir keçirilib.
Tədbirin açılış mərasimində Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilib.
“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov açılış nitqi ilə çıxış edərək Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması və inkişafındakı müstəsna rolundan bəhs edib. O, Ulu Öndərin uzaqgörən siyasətinin ölkənin siyasi sabitliyinin, iqtisadi tərəqqisinin və beynəlxalq nüfuzunun möhkəmlənməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Gənc nəslin Heydər Əliyev ideyalarına sadiq ruhda yetişdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki tarixi xidmətlərindən danışıb. O, bildirib ki, Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə ictimai-siyasi sabitlik bərqərar olunub, dövlət idarəçiliyi sistemi gücləndirilib və Azərbaycanın müstəqilliyi dönməz xarakter alıb.
Rus İqtisad Məktəbinin “Tətbiqi iqtisadiyyat” kafedrasının müdiri, dosent Sevinc Abbasova isə Ümummilli Liderin Azərbaycanın iqtisadi inkişaf strategiyasının formalaşdırılmasındakı mühüm rolundan danışıb. O bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən müəyyənləşdirilən iqtisadi inkişaf modeli bu gün də ölkənin davamlı tərəqqisinin əsasını təşkil edir və Azərbaycanın hərtərəfli əlaqələrinin güclənməsində mühüm rol oynayır.
Tədbirdə UNEC Yaradıcılıq Mərkəzinin üzvləri Hüseyn Şükürov görkəmli şair Xəlil Rzanın “Dədə Heydər – Atatürk” şeirini, Reyhanə Əliyeva isə müəlifi olduğu “Zamanın iki səsi” şeirini səsləndirib.
Sonda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub.