UNEC-də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan bayram konserti keçirilib.
Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Bayram konsertində Xalq artisti Röya Ayxan və Əməkdar artist Ədalət Şükürov öz repertuarları ilə UNEC kollektivinə xoş anlar yaşadıblar.
Tanınmış sənətçilərdən sonra səhnədə UNEC-in Yaradıcılıq Mərkəzinin üzvləri yer alıblar. Vokalçı Aslan Əzimzadə “Azərbaycan” mahnısını, Yusif Cəfərzadə Qarabağ şikəstəsini, Ceyhun Bəxtiyarov isə papuri musiqilər ifa ediblər. UNEC tələbələrinin ifasını iştirakçılar xüsusi alqışlarla qarşılayıblar.