A

Təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərov:

“Keçən əsrin 75–ci ili idi. Danimarka Texniki Universitetinin fundamental kitabxanasında kitab seçirdim. Akademik Həsən Abdullayev və prof. Zərifə İsgəndərzadənin yarımkeçiricilər ilə bağlı kitabını görəndə çox sevindim. Bu kitab düz bir neçə gün mənə sevinc yaşatdı. Bakı yadıma düşdü. Xəyalən Bakını gəzdim... Kitabxanada ləzətli bir sevinc aldım.  

Sovetlər dönəmində Moskvada ezamiyyətdə idim. Vaxt tapan kimi Lenin kitabxanasına getdim. İlk öncə elmi jurnalları olan zala daxil oldum. Elmi jurnallardan birinin məlumatına görə, ABŞ-ın Kolorado universitetinin professoru Vilhelim katod tozlanmasının nəzəriyyəsi ilə bağlı yazdığı məqalədə, ancaq mənim təcrübi nəticələrimdən istifadə etmişdir. Nəzəriyyəci alim məqalədə öz nəzəri qrafikini bütöv xətt ilə, mənim təcrübi nəticələrimi qırıq xətlə göstərmişdi. Vilhelim fikrincə mənim nəticələrim nəzəriyyənin düzgünlüyünü təsdiq edirdi. Çox sevindim.  Bu sevinci də kitabxanada aldım. Kitabxanada aldığım digər sevinclər də var...

Bu həftə KİV–lərdə UNEC-də 24/7 kiabxanasının işə salındığı haqqında məlumatlar yayıldı. Bu hadisə də məni çox sevindirdi. İnanıram ki, bu hadisə zəruriyyətdən yaranıb. Ehtiyac olmasa idi yaranmazdı. Bu ehtiyaca sevinirəm. Artıq bizim gənclər, tədqiqatçı alimlərimiz üçün məlumat toplamaq və düşünmək üçün geniş imkanlar yaradılıb.

Sonda onu qeyd edim ki, son illərdə UNEC çox yeniliklərə imza atıb. Bu unikal addım da həmin sıradandır. İnanıram ki, UNEC-in 24/7  kitabxanasında çox alimlərimiz sevinc tapacaqlar. Arzu edərdim ki, bu təcrübə  ölkəmizdə geniş yayılsın”.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay