A

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Korporativ İş Adamları Birliyi (AKİAB) və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) birgə təşkilatçılığı ilə 10-16 may 2023-cü il tarixlərində Hüseyn Cavid parkında keçiriləcəyi planlaşdırılan “International Business Festival 2023” biznes sərgisi 26 may-1 iyun 2023-cü il tarixlərinə təxirə salınmışdır.

“İBF 2023” biznes festivalda 26-28 may 2023-cü il tarixlərində inşaat, 30 may-1 iyun 2023-cü il tarixlərində isə aqro, qida və xidmət sahələrini təmsil edən şirkətlərin sərgisi təşkil ediləcək.

Hər zaman Azərbaycanda biznesin inkişafına dəstək olmuş Ümummilli liderimiz Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirin məqsədi ölkədə yerli sahibkarların, o cümlədən xarici iş adamlarının öz məhsul və xidmətlərini daha geniş kütləyə tanıtması, habelə B2B, B2C fürsətlərdən yararlanma imkanının təmin edilməsidir.

Sərgidə iştirak, qeydiyyat və ətraflı məlumat üçün: (+99451) 230 39 35, İBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay