Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (YBƏA) Azərbaycan üçün "DİM üzrə Qlobal Lideri YMİ 2024-2026)" adlı Biliklərin Birgə Yaradılması Proqramı həyata keçirəcək.

Proqram gənclərə Yaponiya universitetlərində müxtəlif sahələr üzrə ali təhsil almaq imkanı yaradır. Proqramın məqsədi inkişaf etməkdə olan ölkələrdən olan insanlara Yaponiyanın ali təhsil müəssisələrində təhsil almaq imkanları təklif etməklə, onlara öz şəbəkəsini qurmağa dəstək göstərməkdir.

YBƏA magistr proqramı üçün 2 il, fəlsəfə doktorluğu dərəcəsi üçün 3 il təklif edir. (Bu, universitetlərin təklif etdiyi proqramdan asılıdır). 

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər: 

  • Müvafiq sahələrdə dayanıqlı inkişaf məsələlərinin həlli üçün siyasətin formalaşdırılmasına və ya onun həyata keçirilməsinə töhfə verməsi gözlənilən gənc və ya orta karyera səviyyəli dövlət işçiləri, perspektivli akademiklər və ya özəl qurumların əməkdaşları olmalıdır. 
  • Magistr proqramları üçün namizədin 1 aprel 2024-cü il tarixinə qədər yaşı 35 və ya ondan aşağı olmalıdır. Bununla belə, nəzərə alınan müəyyən hallarda 35 yaşdan yuxarı namizədlər də qəbul oluna bilər; 
  • Fəlsəfə doktoru proqramı üçün namizədin 1 aprel 2024-cü il tarixinə qədər yaşı 40 və ya ondan aşağı olmalıdır. Bununla belə, nəzərə alınan bəzi hallarda yaşı 40-dan yuxarı olan namizədlər də qəbul oluna bilər; 
  • Magistr proqramlarına müraciət üçün bakalavr və ya magistr dərəcəsinə sahib olmaq lazımdır; 
  • Fəlsəfə doktoru proqramına müraciət üçün magistr dərəcəsinə sahib olmaq lazımdır. 
  • Dil: magistratura və/və ya Ph.D dərəcəsini tamamlamaq üçün həm yazılı, həm də şifahi ünsiyyətdə adekvat ingilis dili bacarıqları olmalıdır (TOEFL iBT: 80, IELTS: 6.5). 
  • Bu proqramı başa çatdırmaq üçün tədqiqat fəaliyyətini həyata keçirmək məqsədilə fiziki olaraq Yaponiyaya gəlməlidir. 
  • Proqram zamanı başqa təqaüd almamalı və almağı planlaşdırmamalıdır. 

Proqramla maraqlananlar elektron ərizə formalarını 14 oktyabr 2023-ci il tarixinədək YBƏA Azərbaycan Korespondent Ofisinə təqdim etməlidirlər. Ərizə doldormaqla bağlı sualları həmin ofisə ünvanlaya bilərlər.

YBƏA tərəfindən təsdiqlənən ərizələr əsasında təklif olunan universitetlər üzrə seçim aparılacaq. Nəticə haqqında namizədlərə məlumat veriləcək.

YBƏA Azərbaycan Korespondent Ofisi ilə əlaqə: +994 50 335 75 05,

e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay