UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinə fəal təcrübəçilər dəvət olunur.  

Biz nə təklif edirik: 

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü; 
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait.  

Namizədlərə dair tələblər: 

  • İngilis və rus dili biliyi; 
  • Kompüter bilikləri (MS Office proqramlarında işləmək bacarığı); 
  • Ünsiyyət bacarıqları; 
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı; 
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Aktiv iş şəraitdə işləmək həvəsi. 

Görüləcək işlər: 

  • Beynəlxalq müqavilə və sənədlərin tərcümə olunması; 
  • Xarici qonaq və əcnəbi tələbələrin qəbul olunmasına köməklik göstərmək, universitetdaxili və şəhər info-turlarında müşahidə etmək; 
  • UNEC-də təhsil alan əcnəbi tələbələrlə bağlı tədbirlərin və görüşlərin təşkil olunmasında köməklik; 
  • UNEC-də təhsil alan əcnəbi tələbələrin məlumat bazalarının hazırlanması və yenilənməsi; 
  • UNEC-də təhsil alan əcnəbi tələbələrin sənədlərinin yoxlanılması və müvafiq məlumat bazalarına daxil olunmasında köməklik; 
  • UNEC-də təhsil alan əcnəbi tələbələrlə yazışmaların və danışıqların həyata keçirilməsi və s.  

İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
İş vaxtı: 09:00 – 18:00
Təcrübə müddəti: 2 ay (ictimai əsaslarla)
Maraqlanan tələbələr CV-ləri Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərə bilərlər
Müraciət üçün son tarix: 7 dekabr 2023-cü il

TOP XƏBƏRLƏR