Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elmi-pedaqoji heyəti, doktorant, dissertant, magistr və tələbələri Scopus bazasından məsafəli istifadə hüququnu (universitetdən kənar ərazidə) əldə etmək üçün ilk olaraq www.scopus.com səhifəsindən qeydiyyatdan keçməli, daha sonra Scopus səhifəsinin interfeysinin yuxarı sağ küncündəki universitet işarəsini klikləyərək “Check access” düyməsini seçib tələb olunan məlumatları əlavə etməlidir.

Prosedurların sonunda  işarəsini kliklədikdə “Azerbaijan State Universtity of Economics” yazısı əks olunduqda bazadan məsafəli istifadə hüququ təmin olunacaqdır.

UNEC professor-müəllim heyətinin qeydiyyatdan rəsmi elektron poçt ünvanı (nümunə: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.) ilə keçməsi arzuolunandır. 

Beləki, müəllif Scopus bazasından qeydiyyatdan keçdiyi istifadəçi adı və şifrəsini  həm də Elsevier, Science Direct, Mendeley, Research Academy səhifələrinə giriş edərkən də “Daxil ol” hissəsinə yazaraq istifadə edə biləcək. Bu xidmətlər haqqında məlumat təlimatdan əldə edə bilərsiniz.  Ancaq Scopus müəllif pofili müəllifin məqaləsi Scopus bazasında indeksləşdiyi andan Elsevier şirkəti tərəfindən yaradılır və idarə olunur.

Scopus bazasından qeydiyyatdan keçdiyi gün daxil olmaqla birillik məsafəli istifadə hüququ təmin olunan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nümayəndələrinin SİYAHISI

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay