Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olmuş məktuba əsasən, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın (6.2-ci bəndi üzrə) icrası çərçivəsində UNEC-in “İqtisadiyyat və idarəetmə” fakültəsində maarifləndirici seminar təşkil olunub.
Seminar “İqtisadiyyat və idarəet” kafedrasının dosenti Məmmədova Rəsmiyyə tərəfindən keçirilib.
Tədbirin əsas məqsədi cəmiyyətin inkişafına mane olan, iqtisadiyyata ciddi zərər vuran və ictimai etimadı sarsıdan korrupsiya problemi barədə tələbə və müəllimləri məlumatlandırmaq olub. Seminar çərçivəsində gənc nəsildə dürüstlük, məsuliyyət və qanunlara hörmət kimi mühüm dəyərlərin formalaşdırılmasının vacibliyi vurğulanıb.
Sonda qeyd edilib ki, korrupsiyaya qarşı mübarizə yalnız dövlətin deyil, hər bir vətəndaşın üzərinə düşən mühüm vəzifədir. Bu istiqamətdə uğur əldə etmək üçün birlikdə fəaliyyət göstərmək, qanunlara riayət etmək və ədalətli mühitin formalaşmasına töhfə vermək zəruridir.