UNEC Rus İqtisad Məktəbinin “Tətbiqi iqtisadiyyat” kafedrasının təşkilatçılığı ilə 10 fevral 2026-cı il tarixində “Rəqəmsal iqtisadiyyat və innovativ təhsil” mövzusunda beynəlxalq dəyirmi masa keçiriləcək.

Tədbirin məqsədi dünyanın, eləcə də Azərbaycanın iqtisadi inkişafı kontekstində rəqəmsal iqtisadiyyat və innovativ təhsil məsələləri üzrə ekspertləri bir araya gətirmək, elmi təşkilatlar və biznes strukturları arasında tərəfdaşlıq əlaqələri qurmaqdır

Azərbaycan, Türkiyə, Yunanıstan, İtaliya, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Özbəkistan, Moldova, Ukrayna, Gürcüstandan olan elm adamlarının qatılcağı dəyirmi masada aşağıdakı aktual istiqamətlər üzrə müzakirələr aparılacaq:

  • Rəqəmsal iqtisadiyyatın konsepsiya və meylləri;
  • Sahibkarlığın rəqəmsallaşması və əmək bazarı;
  • Təhsilin rəqəmsal transformasiyası və innovativ modellər;
  • Tədris və idarəetmədə süni intellektin rolu;
  • Kibertəhlükəsizlik və rəqəmsal savadlılıq.
  • Məkan: UNEC, II tədris korpusu (Bakı ş., H. Əliyev k., 135).

Konfransda iştirak ödənişsizdir. Tədbir çərçivəsində təqdim olunan və təsdiqlənmiş tezis və məqalələr elektron məqalələr toplusunda nəşr ediləcək.

Tezis təqdim etmək üçün son tarix: 3 fevral 2026-cı il.

Məqalələrin qəbulu üçün son tarix: 25 fevral 2026-cı il.

E-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

QEYDİYYAT

ƏTRAFLI MƏLUMAT

TOP XƏBƏRLƏR