25 fevral saat 11:00-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xocalı Soyqırımına həsr olunan onlayn beynəlxalq seminar keçiriləcək.
Seminarın açılışında UNEC-in rektoru, professor Ədalət Muradov, millət vəkilləri Aqil Abbas və Elman Məmmədov çıxış edəcəklər.
UNEC-in professoru Abbas Seyidov, İstanbul Universitetinin professoru Kutluk Kağan Sümer, Gürcüstan Dövlət Universitetinin professoru Otar Abesadze və UNEC-in Xocalıdan olan əməkdaşı Nərmin İbrahimovanın Xocalı Soyqırımı ilə bağlı məruzələri dinləniləcək.
Tədbir UNEC-in rəsmi Facebook səhifəsində canlı yayımlanacaq.