A

UNEC-də Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin rəhbəri dos. Altay İsmayılovun moderatorluğu ilə “İnnovativ sahibkarlığın mikro və makro aspektləri” mövzusunda onlayn seminar keçiriləcək.

Seminarda Azərbaycan Dövlət İnnovasiya Agentliyi İdarə Heyətinin üzvü Fariz Quliyev, Lütfi-Zadə Texnologiya Mərkəzinin rəhbəri İmran Bağırov və Almaniyanın Darmştat Texniki Universitetinin tədqiqatçısı Nail Tahirov məruzələrlə çıxış edəcəklər.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə baş tutacaqdır.

3 iyun 2021-ci il tarixində saat 18.00-da keçiriləcək onlayn seminara ZOOM platforması üzərindən https://zoom.us/j/93548225611  linki vasitəsilə qoşula bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay