A

UNEC Dizayn Məktəbinin “Dizayn” kafedrasının baş müəllimi Gülçöhrə Salehzadə və müəllimi Xanım Əzizova Yasamal rayonundakı Fizika-riyaziyyat və informatika təmayüllü liseyin yuxarı sinif şagirdləri ilə görüşüblər.

Görüş zamanı şagirdlərə universitetin bakalavr proqramları, beynəlxalq reytinqlərdəki mövqeyi, tədris infrastrukturu, fakültə və ixtisaslar, tədris prosesinin təşkili və imtahan sistemi, həmçinin təqaüd imkanları, mübadilə proqramları və beynəlxalq ikili diplom layihələri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, tələbə təşkilatları və Yaradıcılıq mərkəzinin fəaliyyəti də təqdim olunub, şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Bu təqdimatın davamı olaraq, UNEC Dizayn Məktəbində təhsil prosesi, ixtisas istiqamətləri, keçirilən sərgilər və tədbirlər, eləcə də dizayn sahəsində bacarıqların inkişafı və praktiki biliklərin mənimsənilməsi ilə bağlı verilən məlumatlar iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

Görüşün sonunda isə 15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanında yüksək nəticə göstərən lisey şagirdləri təbrik olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay