A

UNEC Xarici Ticarətə Dəstək Mərkəzinin təqdimatında “Cənubi Qafqazın müasir reallığı: Beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulma imkanlarının artırılması” mövzusunda onlayn seminar keçiriləcək.

Seminarda UNEC Xarici Ticarətə Dəstək Mərkəzinin rəhbəri professor İrşad Kərimli, Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı sabiq səfiri cənab Mesaad  İbrahim  Alsulaim, BƏƏ Bakıdakı Səfirliyinin  Müvəqqəti İşlər Vəkili cənab Abdalla Alshamsi məruzələrlə çıxış edəcəklər. Seminarda “Qarabağ regionunda iqtisadi rayonlaşma və Zəngəzur dəhlizinin beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulmaq imkanları”, “Səudiyyə Ərəbistanı Krallığı və Azərbaycan Respublikası arasında ticarət və iqtisadi müna­si­bət­lərin gələcək inkişafı”, “Cənubi Qafqaz regionunun iqtisadi inkişafının müasir problemləri”  mövzusunda məruzələr dinləniləcək.

Seminar  UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Xarici Ticarətə Dəstək Mərkəzinin təş­kilatçılığı ilə baş tutacaq.

12 oktyabr 2021-ci il tarixində saat 17.00-da keçiriləcək seminara ZOOM platforması üzərindən  https://zoom.us/j/94803711384 linki vasitəsilə qoşula bilərsiniz.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay