Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2026/2027-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir
- 6002001 Beynəlxalq münasibətlər
- 6004001 Beynəlxalq ticarət və logistika
- 6004002 Biznesin idarə edilməsi
- 6004003 Dövlət və bələdiyyə idarəetməsi
- 6004004 İqtisadiyyat
- 6004005 Maliyyə
- 6004006 Marketinq
- 6004007 Menecment
- 6004008 Mühasibat
- 6005004 Ekologiya
- 6005009 Kompüter elmləri
- 6005012 Statistika
- 6006007 Ekologiya mühəndisliyi
- 6006008 Elektrik və elektronika mühəndisliyi
- 6006016 İnformasiya texnologiyaları
- 6006017 İnformasiya təhlükəsizliyi
- 6006021 Kommunikasiya sistemləri mühəndisliyi
- 6006022 Kompüter mühəndisliyi
- 6006023 Qida mühəndisliyi
- 6006026 Maşın mühəndisliyi
- 6006027 Materiallar mühəndisliyi
- 6006041 Sənaye mühəndisliyi
- 6008006 Sosial iş
- 6003005 Dizayn (geyim dizaynı, mühit dizaynı)
Təkrar ali təhsilə sənəd qəbulu ancaq elektron qaydada https://portal.edu.az/ və http://www.kabinet.unec.edu.az internet linkləri vasitəsilə həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri ilk növbədə https://portal.edu.az/ və bundan sonra isə http://www.kabinet.unec.edu.az portalları vasitəsi ilə elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüqu¬qunu qazanırlar.
Sənədlərin qəbulu 2026-ci il iyunun 3-dən avqustun 31-dək aparılacaq.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:
- Rektorun adına ərizə;
- Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
- 3x4 sm ölçüdə fotoşəkil;
- Şəxsiyyət vəsiqəsinin surəti.
QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.
Ünvan: Akademik Həsən Əliyev küçəsi 135, otaq 518.
Telefon: (012) 564-38-92.
Mobil: (070) 578-08-59 (həmçinin WhatsApp ünvan)
.(055) 875-04-33 (həmçinin WhatsApp ünvan)
Facebook ünvanı: https://www.facebook.com/unectekraralitehsil/
İnstaqram ünvanı: https://www.instagram.com/sabuhitanriverdi/