A

Moskva şəhərində keçirilən Statistika üzrə Beynəlxalq Tələbə Olimpiada Festivalında Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) “Статистический импульс” komandası təmsil edib.

MDB-nin 35 illiyinə həsr olunan olimpiadada müxtəlif ölkələrdən 16 komanda iştirak edib. UNEC komandasına universitetin “Riyaziyyat və statistika” kafedrasının dosenti Vüsalə Teymurova rəhbərlik edib. Komandanın tərkibində Magistratura Məktəbinin I kurs tələbəsi Aysun Osmanova, Rus İqtisad Məktəbinin IV kurs tələbələri Aydan Dadaşova və Elvin Ruintən yer alaraq olimpiadada uğurla çıxış ediblər.

Olimpiadada qaliblər fərdi və komanda olmaqla iki istiqamət üzrə müəyyənləşdirilib. Fərdi qiymətləndirmədə iştirak edən 48 tələbə arasında UNEC Magistratura Məktəbinin I kurs tələbəsi Aysun Osmanova III yerə layiq görülüb.

Komanda isə “Индивидуальный стиль” nominasiyası üzrə diplomla təltif edilib.

TOP XƏBƏRLƏR