A

UNEC tələbələrindən ibarət F0rcen komandası beynəlxalq ICCDFAI 2026 Capture The Flag (CTF) kibertəhlükəsizlik yarışında uğurla çıxış edib.

UNEC-i və ölkəmizi təmsil edən komanda dünyanın müxtəlif ölkələrindən olan iştirakçılarla mübarizə apararaq yarışda iştirak edən 12 komanda arasında 4-cü yerə layiq görülüb.

Capture The Flag (CTF) formatında keçirilən yarış iştirakçıların informasiya təhlükəsizliyi, rəqəmsal ekspertiza, məlumatların təhlili və kibertəhlükəsizlik sahəsində praktiki bacarıqlarının qiymətləndirilməsi məqsədi daşıyır. Yarış beynəlxalq rəqabət mühitində komandalara bilik və təcrübələrini nümayiş etdirmək, eyni zamanda digər ölkələrin mütəxəssisləri ilə təcrübə mübadiləsi aparmaq imkanı yaradıb.

UNEC-in F0rcen komandasında Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbələri Kənan Fərzəlili, Ayhan Əhmədov, Fərid Məmmədov, Akif Hacıyev və Nurlan Asadov təmsil olunub. Komanda üzvləri yarış ərzində müxtəlif kateqoriyalar üzrə tapşırıqları birgə yerinə yetirərək yüksək komanda işi və peşəkar hazırlıq nümayiş etdiriblər.

TOP XƏBƏRLƏR