A

UNEC Karyera Mərkəzi KPMG Azərbaycan şirkəti ilə birgə “Karyera günü” keçirəcək.

“Karyera günü”ndə KPMG Azərbaycan şirkətinin karyera imkanları və işə qəbul qaydaları barədə ətraflı məlumat veriləcək. İştirakçılar şirkətin audit, vergi və korporativ maliyyə departamentlərində işə qəbul üçün test imtahanından (Verbal and Numerical Reasoning Test) keçəcəklər. “Karyera günü”ndə UNEC-in IV kurs bakalavrları və magistrlər iştirak edə bilərlər.

“Karyera günü” aprelin 18-də saat 13:30-da başlayacaq, 17:00-da isə yekunlaşacaq. Tədbir UNEC-in 2 saylı tədris binasında 203 saylı otaqda (imtahan zalı) təşkil olunacaq.

“Karyera günü”ndə iştirak etmək üçün aprelin 17-dək qeydiyyatdan keçmək lazımdır.

TOP XƏBƏRLƏR