A

UNEC-in 90 illik yubiley tədbirləri çərçivəsində keçirilən Online Karyera günlərinin beşinci günündə iki qonaq fərqli saatlarda canlı yayımda olacaq.

15 may saat 12:00-da "Kapital Bank" ASC-nin İşəqəbul şöbəsinin müdiri Nərgiz Əzimova, saat 18:30-da məşhur təlimçi və kouç Toğrul Ələkbər canlı yayımın qonağı olacaq.

Canlı yayım boyunca izləyicilər öz suallarını UNEC-in rəsmi facebook (fb.com/uneceduaz) və youtube (youtube.com/unecofficial) sosial şəbəkələrindən birbaşa ünvanlaya bilərlər.

Qeyd edək ki, canlı yayımın moderatorları UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov və Türk Dünyası İqtisad fakültəsinin tələbəsi Bayram İsmayılov olacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay