A

UNEC-də tələbələrin rəqəmsal bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil olunan “Sosial Media Marketinqi (SMM)” təlim proqramı uğurla yekunlaşıb.

Layihə İctimaiyyətlə əlaqələr şöbəsinin təşəbbüsü və Ömürboyu Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə müasir əmək bazarının tələblərinə uyğun olaraq keçirilib.

İki ay davam edən intensiv proqram HubSpot, Meta Blueprint və UGC (istifadəçi tərəfindən yaradılan kontent) kimi beynəlxalq metodologiyalar əsasında hazırlanıb. 16 dərslik modul daxilində tələbələr nəzəri biliklərlə yanaşı, real biznes layihələri üzərində işləyərək praktiki bacarıqlara yiyələnib və öz peşəkar portfellarını formalaşdırıblar. Onlar reklam kampaniyalarının idarə edilməsi, analitika alətləri, eləcə də SMM-də süni intellekt texnologiyalarından səmərəli istifadə və strateji kontent yaradılması istiqamətində təcrübə qazanıblar.

Təlimlər İctimaiyyətlə əlaqələr şöbəsinin sosial media marketoloqu Samir İsmayılzadə tərəfindən aparılıb.

Proqramın sonunda məzunlara sertifikatlar təqdim olunub. Sertifikatları Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova təqdim edərək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

TOP XƏBƏRLƏR