A

UNEC İnklüziv Təhsil Mərkəzi və Sosial Psixoloji Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə Zaqatala və Qusar şəhərlərində “Sosial addım: Gənclərlə inklüziv və sosial ədalətli cəmiyyət üçün təşəbbüslər” mövzusunda maarifləndirici təlimlər keçirilib.

9 iyun 2026-cı il tarixində UNEC-in Zaqatala filialında Zaqatala rayonunun ümumtəhsil məktəblərinin şagirdləri, kollec və universitet tələbələri üçün inklüziv təhsilin mahiyyəti, bərabər imkanlar və sosial inklüzivlik mövzularını əhatə edən interaktiv təlim təşkil olunub. Təlim iştirakçıları inklüziv cəmiyyətin formalaşdırılmasının əhəmiyyəti və hər kəs üçün bərabər təhsil imkanlarının təmin edilməsinə dair məlumatlandırılıblar.

10 iyun 2026-cı il tarixində isə ümumtəhsil məktəblərinin müəllimləri, psixoloqları, kollec və universitetlərin müəllim-inzibati heyəti üçün “Müasir inklüziv təhsil” mövzusunda təlim keçirilib. Təlim zamanı inklüziv təhsil sahəsində müasir yanaşmalar, tədris prosesində inklüziv mühitin yaradılması və bu istiqamətdə praktik tətbiq üsulları barədə geniş məlumat verilib.

11 iyun 2026-cı il tarixində Qusar şəhərində Qusar Peşə Liseyi və ümumtəhsil məktəblərində həssas kateqoriyadan olan gənclərlə görüş keçirilib və inklüziv təhsil mövzusunda maarifləndirici təlim təşkil olunub.

12 iyun 2026-cı il tarixində isə Qusar şəhərinin ümumtəhsil məktəblərinin müəllimləri və psixoloqları üçün “Müasir inklüziv təhsil” mövzusunda təlim keçirilib. Təlim çərçivəsində inklüziv təhsilin tətbiqi, müəllim və psixoloqların bu sahədə rolu, eləcə də təhsil müəssisələrində inklüziv mühitin formalaşdırılması istiqamətində effektiv yanaşmalar müzakirə olunub.

Layihə çərçivəsində maarifləndirici təlimlərin iyun ayının son həftəsində Astara şəhərində keçirilməsi nəzərdə tutulur.

TOP XƏBƏRLƏR