A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “19 İyun – UNEC Günü” münasibətilə keçirilən silsilə tədbirlərin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.

Tədbirdə Şahmat Turniri, “Nə? Harada? Nə Zaman?” intellektual yarışması və Voleybol Yarışmasında qalib olan komandalar, eyni zamanda Debat Turnirində fəallığı ilə seçilən tələbələr təltif olunublar.

UNEC THİK-in sədri İlkan Əliyev çıxışı zamanı tələbələri əldə etdikləri uğurlar münasibətilə təbrik edərək, bu cür yarışların gənclərin intellektual, sosial və idman bacarıqlarının inkişafında mühüm rol oynadığını vurğulayıb.

Sonda qaliblərə diplom və hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

TOP XƏBƏRLƏR