1-3 avqust 2026-cı il tarixində Türkiyədə (Düzce) onlayn və əyani formatda 9-cu Beynəlxalq Qara Dəniz Müasir Elmi Tədqiqatlar Konqresi keçiriləcək.

Qara dənizin qorunması ilə bağlı həm milli, həm də regional səviyyədə məlumatlılığın artırılması məqsədilə təşkil olunan bu konqres regionun elmi ictimaiyyəti arasında əlaqələrin genişlənməsinə, eləcə də regional alimlərin fəaliyyətinin multidissiplinar yanaşmalar çərçivəsində inteqrasiyasına töhfə verəcəkdir.

Konfrans mövzuları / istiqamətləri

Bütün elm sahələri üzrə mövzular qəbul edilir (sessiyalar ixtisaslar üzrə təşkil olunacaq)

  • Sosial elmlərin bütün sahələri
  • Humanitar elmlərin bütün sahələri
  • Təhsil
  • Təbiət elmləri
  • Riyaziyyat
  • Mühəndislik
  • Səhiyyə elmləri
  • Kənd təsərrüfatı və baytarlıq
  • Təsviri və incəsənət sahələri
  • Tibb bacılığı (Nursing)

Konfrans təqvimi

  • Xülasələrin (Abstract) təqdim edilməsinin son tarixi: 20 iyul 2026-cı il (saat 18:00-dək)
  • Konqres proqramının elan olunması: 25 iyul 2026-cı il
  • Tam mətnlərin təqdim edilməsinin son tarixi: 10 avqust 2026-cı il (tam mətn təqdimatı məcburi deyil)
  • Konfrans materiallarının nəşri: 30 avqust 2026-cı il

Bu konqres müxtəlif elm sahələrində çalışan tədqiqatçılar, alimlər, müəllimlər və tələbələr üçün elmi nəticələrin təqdim edilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli platformadır.

ƏTRAFLI MƏLUMAT

TOP XƏBƏRLƏR