Hörmətli gənc tədqiqatçılar!
Sizi 15-16 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək “Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29)”a dəvət etməkdən böyük məmnunluq duyuruq.
Ənənəvi (əyani) formatda təşkil olunacaq konfransımızda respublikamızın bütün bölgələrindən və müxtəlif elmi istiqamətlərdən olan gənc alimlərin fəal iştirakını arzu edirik.
Konfransda iştirak tamamilə ödənişsizdir və təşkilati-hüquqi formasından asılı olmayaraq aşağıdakı şəxslər iştirak edə bilərlər:
• Azərbaycan Respublikasının vətəndaşı olub ölkə daxilində və ya xaricdə fəaliyyət göstərən ali təhsil və ya elmi müəssisələrin tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və ya dissertantlar;
• Azərbaycan Respublikasında yerləşən ali təhsil və ya elmi müəssisələrin tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan əcnəbi doktorant və ya dissertantlar;
• Yaşı 35-dən yuxarı olmayan elmi dərəcəyə malik olan şəxslər.
Konfransın elmi müzakirələrlə yanaşı bir sıra sosial-mədəni tədbirlərlərlə birlikdə əsl festifal havasında keçirilməsi planlaşdırılır. Tamamilə ödənişsiz nəzərdə tutulan tədbirlər:
- Turizm səfərləri
- Əyləncəli Qala axşamı
- Konsert proqramları
- Bölmə iclaslarında fərqlənənlərə hədiyyə və mükafatlar ...
Bu dəyərli anları bizimlə birgə keçirmək üçün sizləri Naxçıvana dəvət edirik.
Məqalə və tezislərin qəbulu 01 sentyabr 2026-cı il tarixədək davam etdirilir.
Tədbirlə bağlı ətraflı məlumat, tezis tərtibatı qaydaları və s. qeydiyyat üçün konfrans.ndu.edu.az saytına müraciət edə bilərsiniz.
Əlaqə: Çapay Quliyev (050 325 11 11), Zamin Babazadə (060 205 11 10)