UNEC tələbələri Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində təşkil olunacaq “International Study Abroad Program (ISAP 2026) – Cohort 2” beynəlxalq qısamüddətli təhsil proqramında iştirak etməyə dəvət olunurlar.
📅 Proqramın tarixləri: 13–22 dekabr 2026-cı il
📍 Keçirilmə yeri: Abu Dabi Universiteti, Birləşmiş Ərəb Əmirlikləri
⏳ Müddət: 10 gün
Proqram akademik biliklərin zənginləşdirilməsi, mədəniyyətlərarası təcrübənin genişləndirilməsi və peşəkar bacarıqların inkişaf etdirilməsinə yönəlmiş müxtəlif fəaliyyətləri əhatə edir.
Proqram iştirakçılara:
🔹 beynəlxalq akademik mühitdə yeni bilik və təcrübə qazanmaq;
🔹 müxtəlif ölkələrdən olan tələbələrlə əlaqələr qurmaq;
🔹 mədəniyyətlərarası ünsiyyət bacarıqlarını inkişaf etdirmək;
🔹 Birləşmiş Ərəb Əmirliklərinin təhsil, biznes və mədəni mühiti ilə yaxından tanış olmaq;
🔹 akademik və peşəkar inkişaf imkanlarından faydalanmaq şansı təqdim edir.
UNEC-in Abu Dabi Universitetinin tərəfdaş ali təhsil müəssisələrindən biri olması nəzərə alınaraq, UNEC tələbələri üçün mövcud yerlərə erkən müraciət imkanı (early-bird access) və proqram iştirak haqqına xüsusi güzəşt nəzərdə tutulmuşdur.
📌 Müraciət tarixləri:
🔹 Erkən müraciət (Early-bird) üçün son tarix: 31 iyul 2026-cı il
🔹 Ümumi müraciət üçün son tarix: 31 avqust 2026-cı il
UNEC tələbələrinin erkən müraciət imkanından və tərəfdaş universitetlər üçün nəzərdə tutulmuş xüsusi güzəştdən yararlanmaq məqsədilə müraciətlərini 31 iyul 2026-cı il tarixinədək tamamlamaları tövsiyə olunur.
📌 Proqramda iştirak etmək istəyən tələbələr aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər:
🔗 Qeydiyyat keçidi: https://gep.adu.ac.ae/isap
Əlavə məlumat üçün:📧 Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.