Türkmənistan Təhsil Nazirliyi, Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyi, Türkmənistan Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Komitəsi, həmçinin Türkmənistan Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə 2026-cı il 10–12 oktyabr tarixlərində Aşqabad şəhərində hibrid formatda "Güclü Dövlətin Yeni Dirçəliş Dövründə Səhiyyə, Təhsil və İdman" mövzusunda Beynəlxalq Sərgi və Elmi Konfrans keçiriləcəkdir.
Konfransın işçi dilləri türkmən, rus və ingilis dilləridir. Tədbir çərçivəsində elmi müzakirələr 22 tematik bölmə üzrə təşkil olunacaqdır.
Konfransda iştirak etmək istəyən şəxslərdən 2026-cı il 1 sentyabr tarixinədək məruzələrinin tezislərini aşağıdakı elektron poçt ünvanlarına göndərmələri xahiş olunur:
- Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
- Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
- Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Əlavə məlumatı Türkmənistan Təhsil Nazirliyinin rəsmi internet səhifəsində əldə etmək mümkündür:
https://education.gov.tm/