A

2025/2026-cı tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin “Maliyyə” və “Mühasibat” ixtisasları üzrə təhsilin I ilinə qəbul olmuş tələbələri ilə görüşlər keçirilib.

Görüşlərdə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, “Maliyyə və audit” kafedrasının müdiri professor Əvəz Ələkbərov, Psixoloji Xidmət Mərkəzinin rəhbəri dosent Şəfahət Abdullayeva və fakültə əməkdaşları tələbə adını qazanmış gəncləri təbrik ediblər, onlara təhsillərində uğurlar arzulayıblar və gələcəkdə ixtisaslı mütəxəssis kimi formalaşmalarına və ölkə iqtisadiyyatına mühüm töhfələr verəcəklərinə əmin olduqlarını bildiriblər.

Fakültə dekanı dosent Hafis Hacıyev çıxış edərək 2025/2026-cı tədris ilində fakültəyə 524 tələbənin qəbul olunduğunu, 8 tələbənin 600 və daha yuxarı, 312 tələbənin 501-600, 204 tələbənin isə 429,5-500 bal topladığını, “Maliyyə” ixtisası üzrə minimal keçid balının 527,6 bal, “Mühasibat” ixtisası üzrə minimal keçid balının 429,5 bal olduğunu qeyd edib. H.Hacıyev görüşlərdə “Maliyyə” ixtisası üzrə ən yüksək balın (617,0 bal) Ayxan Kərimli tərəfindən, “Mühasibat” ixtisası üzrə ən yüksək balın (530,1 bal) isə Murad Nuqrazadə tərəfindən topladığını, fakültəyə qəbul olan tələbələrdən 10 nəfərin əcnəbi vətəndaş olduğunu vurğulayıb.

Görüşlərdə tələbələrə Universitetin və fakültənin infrastrukturu, Psixoloji Xidmət Mərkəzinin fəaliyyəti, təhsil aldıqları ixtisasların xüsusiyyətləri, UNEC-də tətbiq edilən təhsilin idarəetmə sistemi, akademik təqvim, tədris prosesinin və imtahanların təşkili, həyata keçirilən təqaüd, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, fəaliyyət göstərən tələbə təşkilatları və s. barədə ətraflı məlumat verilib.

Tədbirlərin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR