A

Oktyabrın 2-də UNEC-in Biznes və Menecment fakültəsində yuxarı kurs tələbələri ilə “Max Group” şirkətinin nümayəndələrinin görüşü keçirilib.

Fakültənin dekanı, dosent Mirağa Əhmədov çıxışında UNEC tələbələrinin korporativ sektor nümayəndələri ilə görüşlərinin təşkil edilməsinin, eləcə də onların təcrübə proqramlarına cəlb olunmasının əhəmiyyətini vurğulayıb.

“Max Group” Təhsil Mərkəzinin icraçı direktoru Fərqanə Nəbiyeva isə UNEC-in yuxarı kurs tələbələri və məzunlarının bilik və bacarıqları ilə daim seçildiyini, əmək bazarında isə xüsusi rəqabət üstünlüyünə sahib olduqlarını bildirib.

Görüş çərçivəsində tələbələr arasında anket sorğusu keçirilib, onları maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda isə “Max Group” Təhsil Mərkəzi tərəfindən tələbələrə hədiyyələr təqdim olunub.

TOP XƏBƏRLƏR