A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2025/2026-cı tədris ilində pedaqoji fəaliyyətə başlayacaq müəllimlər üçün təlim məqsədli online görüş keçirilib.

Görüşdə 50 nəfərə yaxın yeni müəllim iştirak etmişdi.

Təlimdə iştirakçılara UNEC-in tarixi, missiyası və strateji məqsədləri barədə ümumi məlumat verilib. Eyni zamanda akademik etika və davranış qaydaları, müəllimlərin əsas hüquq və vəzifələri, karyera və peşəkar inkişaf imkanları haqqında təqdimatlar keçirilib.

Sessiya çərçivəsində tədris metodları, UNEC-də istifadə olunan LMS və digər texniki xidmətlər, qiymətləndirmə qaydaları, kitabxana sistemi, həmçinin universitetin beynəlxalq əlaqələri və mübadilə proqramları ilə bağlı ətraflı məlumat təqdim olunub.

Təlim interaktiv müzakirələr şəraitində keçib və müəllimlərin praktiki sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR